“Partiyadan xaric etmək çözüm deyil, çarə…” - Sinan Oğan Akşənərin müdafiəsinə qalxdı

  • By admin
  • 08 Sentyabr 2016 22:24

sinan-ogan

Türkiyənin tanınmış siyasətçilərindən olan sabiq millət vəkili Sinan Oğan da partiyadaşı-eks vitse-spiker Meral Akşənərin MHP-dən xaric edilməsinə öz etirazını bildirib.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, o, öz “Facebook” səhifəsində bunları bildirib:

Zamanında damdan düşmüş bir Ülkücü olaraq söyləyirəm: xaric etmək çözüm deyil, çarə Ülkücü iradənin təcəlli edəcəyi qurultaydır…

Qeyd edək ki, S. Oğanın özü də MHP rəhbərliyinə qarşı olan milliyyətçilərdən və başqanlığa iddialı əsas şəxslərdəndir.

Onu da qeyd edək ki, partiya rəhbərliyinə müxalif mövqeyinə görə, S. Oğan 2015-ci ilin 7 iyun seçkilərindən bir az sonra partiya sıralarından xaric, sonra isə məhkəmənin hökmü ilə MHP üzvlüyünə bərpa edilmişdi.

Gununsesi.info