Partiyaların yerli təşkilatları üçün 100 üzv tələb olunmayacaq

Siyasi partiyaların yerli təşkilat yaratması üçün 100 üzv tələbi aradan götürülür.

Gununsesi.info-nun xəbərinə görə, bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında bu maddə əksini tapıb.

HTML tutorial

Qanun layihəsinin yeni redaksiyasına əsasən, yerli təşkilatın statusu Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxsin filialı statusuna bərabər tutulur.

Qanun layihəsinin əvvəlki redaksiyasına əsasən, yerli təşkilat siyasi partiyanın azı 100 üzvündən ibarət olmaqla müvafiq inzibati ərazi vahidində formalaşdırılmalı idi.

Gununsesi.info