Partlayış baş verən gecə klubunun sahibi məlum oldu

  • By admin
  • 03 Aprel 2022 16:37

Bu gecə partlayışın baş verdiyi Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən “Location” gecə klubunun kimə məxsus olması məlum olub.

Gecə klubunun yerləşdiyi mülkiyyət Xətai rayon sakini, 1979-cu il təvəllüdlü Umbayev Ağa Tofiq oğluna məxsusdur.

Lakin ümumi sahəsi 170 kv.metr olan mülkiyyəti Rəsul Rəsulov icarəyə götürərək gecə klubu kimi işlədib.

Qeyd edək ki, “Lacation” gece klubu martın 19-da fəaliyyətə başlayıb. Klubu icarəyə götürən Rəsul Rəsulov İnstaqramda tanınmış bloqerdi.

Xatrıladaq ki, hadisə ilkin ehtimalla qaz sızmasına görə baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 37 nəfər xəsarət alıb. Yaralılardan bir neçəsinin vəziyyətinin kritik olduğu bildirilib.

Gununsesi.info