Partlayış baş verən mədəndə işlər dayandırıldı

Türkiyənin aidiyyəti qurumları partlayışın baş verdiyi Bartın əyalətindəki kömür mədənində işləri müvəqqəti dayandırmaq qərarına gəlib.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin təbii sərvətlər və energetika naziri Fatih Dönməz jurnalistlərə açıqlamasında deyib.

HTML tutorial

“Bəzi ərazilərdə yanğınla mübarizə davam etdiyi üçün biz mədəndə işləri müvəqqəti dayandırırıq. İşlər bitənə qədər kömür hasilatı dayandırılacaq. Prokurorluq araşdırmalara başlayıb”, – nazir bildirib.

Xatırladaq ki, oktyabrın 15-də Türkiyənin şimalındakı Bartın vilayətinin Amasra bölgəsindəki daş kömür mədənində partlayış baş verib. Partlayış nəticəsində 41 nəfər həlak olub, 58 nəfər xilas edilib.

Gununsesi.info