Partlayış bir ailənin 3 üvzünün xəsarət almasına səbəb oldu

  • By admin
  • 15 Noyabr 2016 10:24

partlayis

Ucarda partlayış olub.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, rayon sakinləri – 1979-cu il təvəllüdlü Zakir Məlikov, onun həyat yoldaşı, 1978-ci il təvəllüdlü Şamama Şərifova və övladları, 2008-ci il təvəllüdlü Ağa Məlikov yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər. Ailə üzvlərinin evdə baş verən partlayış nəticəsində xəsarət aldıqları bildirilir. Belə ki, Z. Məlikov evdə motorlu mişarı (drujba) təmir edərkən yanğınla nəticələnən partlayış baş verib.

Gununsesi.info