Partlayışa görə iki marşrutun hərəkəti dəyişdirildi

Binəqədi rayonunda baş verən partlayışla əlaqədar iki marşrutun hərəkəti müvəqqəti dəyişdirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, 3 və 88 nömrəli marşrut avtobuslarının hərəkət sxemində müvəqqəti dəyişiklik olunub.

Qeyd edək ki, bu gün Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə partlayış-yanğın baş verib.

 

 

Gununsesi.info