Partlayışda ölənlərin sayı 50-ni keçdi - onların arasında jurnalist də var

  • By admin
  • 08 Avqust 2016 12:15

pak

Pakistanın Aaj TV-nin operatoru Şaxzad Xan Kvetta şəhərindəki xəstəxanada baş verən partlayış zamanı ciddi xəsarət alıb və həkimlər onun həyatını xilas edə bilməyib.

Gununsesi.info “Dawn News”-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Partlayış Bəlucistan Vəkillər Kollegiyasının prezidenti Bilal Ənvər Kasinin ölümündən bir neçə saat sonra baş verib. Onun cəsədi xəstəxanaya gətirldikdən sonra partlayış verib və partlayış zamanı bir neçə vəkil, KİV nümayəndəsi xəsarət alıb. Partlayışdan sonra naməlum şəxslər atəş kəsilib.

Qeyd edək ki, partlayış zamanı 50-dan artıq insan dünyasını dəyişib.

Gununsesi.info