Partlayışda xəsarət alan 9 nəfərin vəziyyəti ağırdır - TƏBİB

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 10 nəfərin müalicəsi davam etdirilir.

Bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 9 nəfərdən 3-nün vəziyyəti ağır stabil, 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır.

Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 1 nəfərin müalicəsi davam etdirilir. 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

 

 

Gununsesi.info