Şirvan “Araz” zavodunda baş vermiş hadisə zamanı xəsarət alanlardan bir neçəsi evə buraxılıb.
Müdafiə Sənayesi nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə iyulun 26-da nazirliyin Şirvan “Araz” zavodunda baş vermiş hadisə zamanı xəsarət alan və xəstəxanaya yerləşdirilənlərdən dördü bu gün səhər saatlarında evə buraxılıb, bir neçəsinin isə gün ərzində evə buraxılacağı bildirilir.
Xəsarət alanların digərlərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir.
Gununsesi.info