Partlayışda yaralanan həkim vəfat etdi

Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirli dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, aprelin 30-da Mübariz Əliyev adlı pasiyent Milli Onkologiya Mərkəzinin otaqlarının birində partlayış törədib. Nəticədə o, hadisə yerində ölüb, həkim-radioloq Asif Nəsirli isə ağır yaralanmışdı.

Gununsesi.info