Sumqayıtda ötən gün baş verən partlayış zamanı şok keçirən qonşu bu gün ölüb.
Gununsesi.info Report-a istinadən xəbər verir ki,Sumqayıt şəhəri 13-cü mikrorayon ərazində yaşayış binasında dünən baş verən partlayış zamanı hadisənin qeydə alındığı mənzillə qapı qonşu olan 1952-ci il təvəllüdlü xanım bu gün ölüb.
Onun hadisənin şokundan qohumlarının evində ürəyinin partladığı bildirilir.
Fakt araşdırılır.