Ərdoğan İsrailə səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfər edəcək.

Gununsesi.info İsrail mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidenti Dünya Yəhudi Konqresinin Prezidenti Lauder və heyəti ilə keçirdiyi qəbulda bildirib. Middle East yazır ki, Nyu-Yorka BMT Baş Assambleyasında iştirak etmək üçün Amerikaya səfəri çərçivəsində Rəcəb Tayyib Ərdoğan heyətdə yer alan təmsilçilərlə görüşü zamanı İsrailə səfər etməyi planlaşdırdığını bildirib. Bu barədə yəhudi Teleqraf Agentliyi də xəbər yayıb.

Yazılan xəbərə görə, son zamanlarda Türkiyə və İsrail münasibətlərini normallaşdırmağa qərar verib. Bu istiqamətdə hər iki ölkənin dövlət rəsmiləri bir sıra görüşlər və səfərlər həyata keçirir.

Xatırladaq ki, İsrail prezidenti İsaak Herzoq bu il Ankaraya səfər etmişdi. Dünən isə İsrailin Irit Lillianı İsrailin Türkiyədəki səfiri vəzifəsinə təyin etdiyini yazmışdıq.

Gununsesi.info