SOCAR və “Paşa Həyat Sığorta” neftçinin haqqını ödəmir

  • By admin
  • 07 Oktyabr 2016 15:48

pashaheyat

İlman Babayev Dövlət Neft Şirkətinin “Günəşli” İstehsalat bölümünün “Günəşli” sahəsi, Dəniz Stasionar Özülü-19-da əməyin mühafizəsi və təhlükəsizlik texnikasıüzrə mühəndis vəzifəsində işləyib.İllərləçalışdığı zərərli işləəlaqədar olaraq səhhətində problemlər yaranmağa başlayıb. Məhz bu səbəbdən mart ayının 9-u 2015-ci il tarixindən oktyabrın 27-si 2015-ci il tarixinədək “hər iki diz oynağının 3-cü dərəcəli qonartrozu, varus deformasiyası” diaqnozu iləəmək qabiliyyətini müvəqqəti itirib.

Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İ.Babayevə 3-cü qrup əlillik dərəcəsi təyin edilib. Bu səbəbdən o əmək müqaviləsinə xitam verdirməli olub. Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev Gununsesi.info-ya bildirdi ki, İ.Babayev trestə müraciət edərək peşə xəstəliyinə tutulduğunu və bu səbəbdən dəymiş zərərin əvəzinin ödənilməsini tələb edib.

Lakin Dövlət Neft Şirkətindən ona işlədiyi dövr ərzində icbari tibbi müayinədən keçirildiyi və barəsində hər hansı tibbi əks göstərişin müəyyən olunmadığını, həmçinin zərərli istehsalat amillərinin yol verilən norma daxilində olmasını bəhanə gətirərək ödəniş etməkdən imtina edib.
Neftçi sığorta ödənişini almaq üçün “Pasha Həyat Sığorta” ASC-yəünvanladığı müraciətinə də rədd cavabı verilib.
Hüquqşünas A.Quliyev Sığorta Şirkətini Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının çıxardığı qərarı icra etməməkdə günahlandırdı. Qərarda göstərilir ki, “Paşa Həyat Sığorta” ASC tərəfindən təqdimedilən sənədlərəəsasən müəyyən edilib ki, ARDNŞ-in Kompleks qazma işləri tresti ilə sığorta şikrəti arasında bağlanmış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi nəticəsində peşəəmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinə görə Babayev İlman Abdul oğlu icbari sığortalanıb. Bakışəhər 7 saylışəhər poliklinikasından SN Tibbi Sosial Ekspert Komissiyasına ünvanlanmış göndərişəəsasən, İ.Babayevə 2009-cu ildə “digər oynaqların birincili artozu”adlı peşə xəstəliyi yaranıb.

“Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən İ.Babayevə may ayının 5-i 2016-ci ildə, yəni sığorta müqaviləsinin qüvvədə olduğu zaman II dərəcəli müddətsiz əllilik təyin edilib. Lakin Babayev İlmana peşə xəstəliyi 2009-cu ildə, yəni sığorta müqaviləsinin qüvvədə olmadığl zaman yarandığıüçün “Paşa Həyat Sığorta” ASC tərəfindən Qanunun 2.0.12-cü maddəsinə zidd olaraq İ.Babayevə sığorta ödənişinin verilməsindən imtina edilib”,- deyə sənəddə qeyd edilir.

Palatanın göstərişinə görə, sığorta müqaviləsi üzrə sığorta olunana 7 iş günü müddətindəödənişin verilməsi tələb olunur. Vəkil A.Quliyev bildirir ki, qərar sentyabrın 22-də verilməsinə baxmayaraq, hələ də icra olunmamış qalır.
Hüquqşünasın sözlərinə görə, Babayev hazırda , ARDNŞ-in Kompleks qazma işləri trestini məhkəməyə verməyə hazırlaşır: “Çünki müqavilə işçi ilə Qazma İşləri tresi arasındadır. Müəssisə Babayevin peşə xəstəsi olmasını mübahisələndirir və həmin şəxsin sənədlərini qəbul etmir. Indi birinci trest Babayevin sənədlərini qəbul etsin ki, sığorta şirkətindən də ödəniş üçün tələb etmək mümkün olsun”.

Vüsalə RÜSTƏMOVA
gununsesi.info