Paşinyan: “Müharibəyə getməsəydik, 7 rayonu və Şuşanı Azərbaycana verməli idik”

  • By admin
  • 16 Noyabr 2020 11:56

Ermənistanın baş naziri Nikol Paşinyan xarici KİV-lərə müsahibəsində Qarabağ müharibəsində məğlubiyyətə uğradıqlarını deyib.
Gununsesi.info -nun xəbərinə görə, Paşinyan bildirib ki, müharibənin qarşısını almaq olardı, amma bunun üçün Qarabağın 7 bölgəsini və Şuşa şəhərini Azərbaycana təslim etməliydi: “Biz müharibəni seçdik. Qarabağda itkin düşən yüzlərlə əsgərimiz var. 2400-dən çox itkimiz var. Qarabağ müdafiə ordusu əvvəlki statusuna sahib olacaq, onu daha da gücləndirəcəyik. Bəyanatdakı müddəaları dəyişə bilmərik. Qarabağdakı uğursuzluğa görə məsuliyyət mənim üzərimdədir. Amma 30 illik problemi 2 il yarıma həll edə bilməzdik”.

Günay

Gununsesi.info