Paşinyan: Kəlbəcər Azərbaycanındır

  • By admin
  • 22 Dekabr 2020 13:23
Nikol Paşinyan Sotk (Zod) bölgəsinin sərhədlərini müəyyənləşdirən sənədləri öz rəsmi sosial şəbəkə hesabından paylaşıb.

Gununsesi.info xəbər verir ki, Paşinyan sənədi bütün ictimaiyyətə təqdim etməklə indi onu günahlandıran deputat və nazirlərin saxtakar olduğunu göstərmək istəyib:

“Bu, Ermənistan Respublikasının 2010-cu ildə qəbul olunan inzibati ərazi bölgüsü qanununun mətnidir. Bu gün silahlı qüvvələrimiz bu qanuna uyğun formada sərhəddə yerləşdiriliblər. Bu qanun dövlət tərəfindən irəli sürülüb. İndi bu layihənin lehinə səs verən bir çox deputatlar, nazirlər Kəlbəcərin Azərbaycanın bir hissəsi olduğunu təsdiq edən bu qanuna baxmayaraq, rayonun Azərbaycana verilməsinə görə bizi günahlandırırlar”. 

Gununsesi.info