Paşinyan ağıllı gediş elədi - İRƏVANDA BAŞ VERƏNLƏR ELÇİN RÜSTƏMLİNİN ŞƏRHİNDƏ

  • By admin
  • 25 Fevral 2021 19:00
Paşinyan ağıllı gediş elədi, təhrikçi açıqlama ilə Rusiyanın ona hazırladığı qiyamı özü üçün əlverişli zamana çəkdi. Xalqı meydana çağırdı. Bundan sonra Rusiyapərəst müxalifətin bir yolu qalır, silahlı qiyam.
Rusiyanın Paşinyanı gec-tez devirməyə cəhd edəcəyi lap əvvəldən məlum idi. Çünki müharibədə Rusiyanın əsas hədəflərindən biri Ermənistanda Qərbyönlü Paşinyan komandasını xalqın gözündən salıb, məğlubiyyəti belinə yükləyib istefaya göndərmək idi. Amma müxalifət gözlənildiyindən çox zəif çıxdı, ssenari alınmadı.
Putinin regionla bağlı hədəfləri yalnız burada ciddi maneyə rast gəlib. Çox güman, Ermənistanda çoxlu qanlar töküləcək. Kimin qalib gələcəyi ermənilərdən və Qərbin Paşinyanı nə dərəcədə müdafiə edəcəyindən asılıdır.
Proseslərin gedişi bizim üçün də xeyli risklər yaradıb. Ermənistanda Rusiyapərəstlər qalib gəlsə, Hadrut və Şuşa uğurunda yenidən müharibəyə başlaya bilərlər. Bizim adekvat reaksiya imkanlarımız əvvəlkindən xeyli məhdud ola bilər. Çünki Rusiya yenə birmənalı şəkildə Ermənistanı müdafiə edəcək.
Hazırda Azərbaycanda müşahidə olunan mənzərə isə utancevricidir. Beşinci kolonun bütün adamları, mediası Rusiyaya azarkeşlik edirlər, özlərinə əl qatıb “İsgəndər” raketlərini tərfiləməyə girişiblər. Onların bir amalı var, nə olur, olsun təki Rusiya dediyi olsun.
Elçin Rüstəmli
Gununsesi.info