Paşinyan Aİ nümayəndələrilə Qarabağı müzakirə etdi

  • By admin
  • 21 Yanvar 2022 17:13

Paşinyan və Aİ nümayəndə heyəti ATƏT-in Minsk Qrupu vasitəçilərinin işinin aktivləşdirilməsinin vacibliyini müzakirə ediblər.

Qarabağ üzrə sülh prosesinə tam şəkildə cəlb olunmasının zəruriliyi müzakirə edilib.

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqına (Aİ) sədrlik edən Fransanın nümayəndəsi İzabel Dümonu, eləcə də Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Gununsesi.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüşdə Qarabağdakı 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranmış vəziyyət, o cümlədən Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması istiqamətində görülən işlər müzakirə olunub.

Ermənistan və Azərbaycan liderlərinin Soçidə (Rusiya prezidentinin vasitəçiliyi ilə) və Brüsseldə (Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə) görüşlərinin nəticələri, eləcə də bu görüşlərdə əldə olunan razılaşmalar müzakirə edilib.

Tərəflər ATƏT-in Minsk Qrupuni yenidən Qarabağ nizamlanması üzrə sülh prosesinə cəlb olunmasının, həmçinin həmsədrlərin fəaliyyətinin aktivləşdirilməsinin zəruriliyini qeyd ediblər.

Gununsesi.info