Paşinyan Anna ilə birgə Parisə getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birgə Fransaya gedib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, Feysbuk səhifəsində yazıb.

Baş nazir səhifəsində video yayımlayaraq, Notr-Dam kilsəsinin açılışında iştirak etmək üçün Gümrüdən Parisə getdiyini bildirib.

Qeyd edək ki, Notr-Dam kilsəsinin açılış mərasiminə ABŞ-ın yeni prezidenti Donald Tramp da qatılacaq.

Gununsesi.info