Paşinyan ATƏT-in Minsk Qrupundan Qarabağın statusu məsələsini qaldırmağı xahiş edir

  • By admin
  • 15 Dekabr 2020 19:53

Bazar ertəsi Yerevanda baş nazir Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşündə Qarabağdakı vəziyyəti, danışıqların bərpasını, Qarabağ ermənilərinin təhlükəsizliyini müzakirə edib.

Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, baş nazir “Qarabağ probleminin hərtərəfli nizamlanması məqsədilə Minsk Qrupu həmsədrliyi formatında danışıqların bərpasının vacibliyini” bildirib.

O, prioritet kimi “xalqın özünütəyin hüququnu reallaşdırması prinsipi, Azərbaycanın tutduğu ərazilərin azad edilməsi, qarabağlıların evlərinə təhlükəsiz qayıtması üçün şəraitin təmin edilməsi,  mədəni-dini irsin saxlanması nəzərə alınmaqla Qarabağın statusunun müəyyən edilməsinin vacibliyini” göstərib.