Paşinyan Azərbaycanla sərhədə gəldi - VİDEO

  • By admin
  • 01 Yanvar 2023 12:00

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla səhrəddə yaxın ərazilərdə xidmət edən əsgərləri ziyarət edib.

Gununsesi.info xəbər verir ki, Paşinyan bu haqda sosial şəbəkədə məlumat yayıb:

“Yeni il ərəfəsində mən sərhəddə xidmət edən hərbi qulluqçularımıza baş çəkdim və onlara göstərdikləri fədakar xidmətə görə təşəkkür etdim”, – Paşinyan bildirib.

Səfər zamanı Ermənistan hökumətinin başçısı xidmət zamanı fərqlənən hərbçiləri mükafatlandırıb.

Gununsesi.info