Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinin faktiki mərhələsinin başlandığını elan edib.
Gununsesi.info erməni mətbuatına istinadən xəbər verir ki, Paşinyan bu barədə sərhədin delimitasiyası və demarkasiyası üzrə işlərin aparılacağı Tavuş vilayətinin sərhəd kəndlərinin sakinləri ilə görüşündə bildirib.
Müvafiq videonu Ermənistan hökuməti başçısı administrasiyasının mətbuat xidməti “YouTube”da dərc edib.
Paşinyan xatırladıb ki, Ermənistan sərhədi Almatı bəyannaməsinə uyğun müəyyən edəcək. “Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesi faktiki mərhələyə qədəm qoyur. Sərhədin delimitasiyası komissiyaları gedib Ermənistanın sərhədlərinin haradan başladığı barədə qərar qəbul etməlidir və bu, Ermənistan ilə Azərbaycan Respublikası arasında dövlət sərhədi olmalıdır”, – deyə obildirib.
Baş nazir bəyan edib ki, “Ermənistanın sərhədləri bir millimetr belə dəyişməyəcək, çünki Konstitusiyaya uyğun olaraq bunun üçün bütün əhalinin iştirakı ilə referendum keçirilməlidir”.
Paşinyanın qeyd edib ki, sərhədlərin hələ müəyyən edilmədiyi şəraitdə qarşılıqlı atəş açılması normal haldır.
Paşinyan həmçinin sərhədlərin delimitasiyası və demarkasiyasına qarşı çıxmaq cəhdlərinin nəticələri barədə xəbərdarlıq edib.
“Bu o deməkdir ki, bu həftə sonu müharibə başlayacaq. Və sonra bu müharibənin sonunda nə olacağını bilirəm. İrəvanda hardasa bir-birimizi görəndə deyəcəksiniz: “Biz kəndli idik, belə bigimiz yox idi, siz də bu bilgiyə sahib deyildiniz, siz nə etdiniz?”, – deyə Ermənistanın baş naziri əlavə edib.
Gununsesi.info