Paşinyan baş nazir postundan getməyə hazır olduğunu bildirdi

  • By admin
  • 25 Dekabr 2020 22:44

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin siyasi qüvvələrini 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məsləhətləşmələrə dəvət edib.

Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə o, özünün Facebook səhifəsində qeyd edib.

“Mən parlamenti və qeyri parlament qüvvələri 2021-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərinin keçirilməsinə dair məsləhətləşmələrə dəvət edirəm. Xalqın qərarı nəticəsində baş nazir postundan getməyə hazıram. Baş nazir postundan yalnız xalqın qərarı ilə ayrılacağam”, – Paşinyan yazıb.