Paşinyan Blinkendən sonra Putin və Makronla da danışdı

Ermənistan baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə və Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

Telefon söhbətində əsas mövzu Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyət olub.

N.Paşinyan Rusiya Prezidenti ilə KTMT-yə müraciətlə bağlı qəbul edilən qərarların reallaşmasını müzakirə edib.

Fransa prezidenti ilə baş tutan söhbətdə isə Emmanuel Makron Azərbaycan və Ermənistan arasında dialoq və sülhü yaratmaq istiqamətində vasitəçilik etməyə hazır olduğunu bildirib.

10:34

ABŞ Dövlət katibi Antoni Blinkenlə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Dövlət katibi ABŞ-ın Ermənistan və Azərbaycan arasındakı problemlərin sülh yolu ilə həllinə kömək etməyə hazır olduğunu bəyan edib.

A.Blinken diplomatiyanın məsələnin həlli üçün yeganə yol olduğunu və bu məsələ ilə şəxsən məşğul olacağını deyib.