Paşinyan Blinkenlə sərhəddən danışdı

  • By admin
  • 14 Mart 2022 22:37

Ermənistan Baş naziri Nikol Paşinyanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Ermənistan-ABŞ münasibətlərinin gündəliyində duran məsələlərə toxunub və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi məqsədilə strateji dialoqun vaxtının təyin edilməsinin vacibliyini qeyd ediblər.

Nikol Paşinyan Entoni Blinkenlə söhbətində Qarabağ ətrafındakı vəziyyətə və artan gərginliyə toxunub.
Tərəflər regionda sabitliyin və sülhün təmin edilməsinin vacibliyini qeyd edərək, “ Qarabağ problemi”nin ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində hərtərəfli həllinin Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına töhfə verəcəyini vurğulayıb.

Eyni zamanda, tərəflər Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası, regionda kommunikasiyaların açılması imkanları, həmçinin Ermənistan və Türkiyə arasında dialoqla bağlı fikir mübadiləsi aparıblar.

Gununsesi.info