Paşinyan Brüssel görüşünün gizli tərəflərini açıqladı

  • By admin
  • 24 Dekabr 2021 18:08

Ermənistanın baş naziri hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvləri ilə növbəti qapalı toplantı keçirib.

Gununsesi.info xəbər verir ki, toplantıda Paşinyan deputatlara Brüssel görüşünün rəsmi bildirilməyən müəyyən detallarını açıqlayıb.

“Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Ovik Ağazaryan bildirib ki, razılaşmalar var, lakin proseslərin inkişafında tərəflərin mövqeləri dəyişə də bilər.

“Dəmiryolnun istismarı ilə bağlı razılıq əldə olunub, lakin bu hələ yekun razılıq deyil, çünki sənədin imzalanması ilə bağlı da razılıq yoxdur”, – erməni deputat qeyd edib.

Gununsesi.info