Paşinyan da Moskvadakı parada  qatılacaq

  • By admin
  • 08 May 2023 13:59

Ermənistanın baş naziri Nikol Paşinyan da Rusiyaya səfər edərək mayın 9-da paytaxt Moskvada keçiriləcək paradda iştirak edəcək.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, səfər Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq.

Qeyd edək ki, Putin bundan əvvəl Tacikistan və Türkmənistan prezidentlərini də Moskvaya dəvət edib. Hələlik sadəcə Qırğızıstan prezidenti Sadır Japarovun iştirakı təsdiqlənmişdi.

Gununsesi.info