Paşinyan: Dağlıq Qarabağdakı ermənilərə birbaşa təhdid yoxdur

  • By arzu
  • 22 Sentyabr 2023 20:34

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ ermənilərinə çağırış edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Paşinyan Azərbaycanın qazandığı yeni zəfərdən sonra Qarabağı tərk edən erməniləri qəbul etməyə hazır olduqlarını söyləyib.

“Toqquşmalar başlayarkən bölgədən ehtimal olunan köçkünlərin axınına hazır idirk. Ermənistanda 40 min ailəyi qəbul etməyə hazırıq. Ermənilər evlərində qürurlu və təhlükəsiz şərtlərdə yaşamalıdır”, deyə Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlamasında söyləyib.

Paşinyanın bu səslənişindən sonra minilərlə erməni sərhədi keçərək Ermənistana doğru yola düşüb.

Xatırladaq ki, Dağlıq Qarabağda 70-120 min arasında erməninin yaşadığı vurğulanır.

 

Tərcümə: Arzu

Gununsesi.info