Paşinyan daha bir rəqibini neytrallaşdırdı

  • By admin
  • 29 Dekabr 2021 13:35

Ermənistan Hərbi Aviasiya Universitetinin rəisi, adı rüşvətdə, vəzifə səlahiyyətlərini aşmaqda, eləcə də keçmiş prezidentlər Koçaryan-Sarkisyan cütlüyünə siyasi dəstək verməkdə hallanan Daniel Balayan vəzifəsindən azad edilib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Ermənistan prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.

“Hraparak”ın yazdığına görə, Daniel Balayanı həbs cəzası gözləyir.

Onun vəzifədən azad olunması ilə Nikol Paşinyanın daha bir rəqibini, daha doğrusu, baş nazir postuna təhlükə yarada biləcək şəxsi neytrallaşdırdığı bildirilir. Ermənistan Müdafiə Nazirliyində keçmiş hakimiyyətin güclü və köklü fiqurlarından olan Balayan Koçaryan hakimiyyətinin “sadiq qala”larından hesab olunurdu.

Gununsesi.info