Paşinyan Ermənistan üçün ağır olan sənədə imza atdığını bildirib

  • By admin
  • 10 Noyabr 2020 02:00

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibənin dayandırılması sənədinə imza atdığını bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə o özünün “facebook”dakı səhifəsində yazıb.

“Əziz həmvətənlər, bacılar və qardaşlar. Şəxsən özüm və hamımız üçün çox çətin bir qərar verdim.

Saat 01:00-dan etibarən Rusiya və Azərbaycan Prezidentləri ilə Qarabağ müharibəsinə son qoymaq üçün bir bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni mənim üçün və xalqımız üçün inanılmaz dərəcədə ağrılıdır”, – deyə o qeyd edib.

 

 

Gununsesi.info