“İrəvan heç bir ölkəyə ərazi iddiasının olmadığını açıqladıqdan sonra Ermənistan və region üçün sülh gələcək”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə 2022-ci il üçün hökumət proqramının icrası ilə bağlı hesabatı təqdim edərkən deyib.
Onun sözlərinə görə, sülhə nail olmaq – dörd qonşu ölkə ilə normal münasibətlərin olması deməkdir. Burada söhbət Gürcüstan və İranla əməkdaşlığın daha da dərinləşdirilməsindən, Türkiyə və Azərbaycanla isə münasibətlərin normallaşdırılmasından gedir.
Paşinyan əminliyini bildirib ki, vətəndaşları inandırmaq Ermənistan hakimiyyətinin funksiyasıdır. İrəvan onlara rəhbərliyin düşüncə tərzini və motivasiyasını aydın şəkildə çatdırmalıdır. İnsanlar anladıqdan sonra bu qərarlarla razılaşacaqlar.
Gununsesi.info