Paşinyan: “Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb”

  • By admin
  • 23 Noyabr 2021 22:32

“Ermənistan və Azərbaycan MDB çərçivəsində bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyıb”.

Gununsesi.info  xəbər verir ki, bunu çərşənbə axşamı Baş nazir Nikol Paşinyan “Facebook”-da canlı yayımda deyib.

Paşinyanın sözlərinə görə, sərhədin demarkasiyası və delimitasiyası, Qarabağ problemi, kommunikasiyaların açılması ayrı-ayrı məsələlərdir və müxtəlif müzakirə üsulları tələb edir.

Ərazi bütövlüyü məsələsinə toxunan Paşinyan qeyd edib ki, 1991-ci ildə Ermənistan və Azərbaycan MDB-nin yaradılması prosesində iştirak edib, bəyannamə və dövlətlərarası saziş imzalayaraq ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıblar:

“MDB-nin 1991-ci il sənədlərinə əsasən, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıb. Bu, o deməkdirmi ki, Qarabağ məsələsi olmayıb?”

“Xatırladaq ki, Ermənistan cəmiyyətinin və müxalifətinin bir hissəsi Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı gözlənilən prosesə mənfi münasibət bəsləyir və hesab edir ki, bu, Azərbaycan Respublikasının ərazi bütövlüyünün faktiki olaraq tanınması, Qarabağ məsələsinin birdəfəlik bağlanması deməkdir”, – deyə “Sputnik Ermənistan” yazıb.

Gununsesi.info