Paşinyan Ermənistanı dağıdıcı müharibəyə aparır - Manukyan

  • By admin
  • 27 Noyabr 2021 14:31

“Daim sülhdən danışan Paşinyan Ermənistanı dağıdıcı müharibəyə aparır”.

Gununsesi.info erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri, Nikol Paşinyanın əsas rəqiblərindən sayılan Vazgen Manukyan deyib.

Kemiş baş nazir xələfi Nikol Paşinyan haqqında danışarkən bildirib ki, onun atdığı addımlar anlaşılan deyil: “Paşinyan elə bir səriştəsizlik nümayiş etdirdi ki, biz regionda tək qaldıq. Hətta yeganə müttəfiqimiz də bizdən üz döndərdi. Baş verən proseslər onu göstərir ki, Nikol ölkəni dağıdıcı müharibəyə aparır. Əgər sən uzlaşa bilmirsənsə və uzlaşmaq istəmirsənsə, başqa yol qalmır. Dağıdıcı müharibə isə bizim üçün hər şeyin sonu deməkdir”.

Gununsesi.info