Paşinyan fikrini dəyişdi: MDB-nin iclaslarına qatılacaq

  • By admin
  • 19 Dekabr 2023 11:04

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 25 və 26-da Sankt-Peterburqda keçiriləcək Aİİ İqtisadi Şurasının və MDB ölkələrinin Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Hraparak” qəzeti Ermənistanın “Mülki müqavilə” partiyasındakı mənbələrinə istinadən yazıb.

“Məlum olduğu kimi, rəsmi İrəvan uzun müddətdir ki, Rusiya platformalarını boykot edir: nə Ermənistanın xarici işlər naziri, nə Təhlükəsizlik Şurasının katibi, nə də parlamentin sədri və baş nazir Rusiyanın himayəsi altında keçirilən siyasi tədbirlərdə iştirak edir. Biz yalnız iqtisadi iştirak və əlaqələri saxlamaq qərarına gəldik. Lakin partiyanın şənbə günü Gümrüdə keçirilən siyasi toplantısında Paşinyan və Ararat Mirzoyan gileyləniblər ki, Qərb onların addımlarını düzgün dəyərləndirmir, ona görə də Rusiya ilə münasibətlərdə yumşaq siyasətə keçməyin vaxtı çatıb. Beləliklə, o, qarşıdakı tədbirlərdə iştirakına aydınlıq gətirib”, – deyə mənbə bildirib.

Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Rusiya Ermənistandan Nikol Paşinyanın MDB ölkələri liderlərinin ənənəvi qeyri-rəsmi görüşündə, eləcə də Aİİ-nin Sankt-Peterburqda keçiriləcək rəsmi iclaslarında iştirak edəcəyi barədə siqnal alıb.

Gununsesi.info