Paşinyan generalın oğlunun toyunu yarımçıq saxladı — Ermənistanda siyasi gərginlik VİDEO

  • By admin
  • 08 İyun 2020 17:59

Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi, general-leytenant Artak Davtyan istefa ərizəsi yazıb. 

Gununsesi.org yenisabah.az-a istinadla xəbər verir ki,  buna səbəb Artak Davtyanın İrəvandakı malikanəsində oğluna toy etməsi olub.

Ermənistanda koronavirus infeksiyası geniş yayılıb. Yoluxma halı kütləvi xarakter daşıyır. Bu baxımdan, fövqəladə rejim elan edilib. Belə bir vəziyyətdə Artak Davtyanın oğluna toy etməsi,  bəzi məmurların və generalların da mərasimə qatılması Baş nazir Paşinaynı qəzəbləndirib.

Məlumata görə, o, fövqəladə rejim üzrə komendant Tiqran Avinyanı bir neçə polisin müşayiəti ilə Artak Davtyanın malikanəsinə göndərib və nəticədə toy dayandırılıb.

Baş qərargah rəisi isə hər hansı qanun pozuntusuna yol vermədiyini bildirib: “Mən hansısa pozuntuya yol vermişəmsə, qanun qarşısında bütün məsuliyyətimlə cavab verəcəyəm. Mənim fikrimcə, qanun pozuntusu olmayıb”.

Bundan sonra o istefa ərizəsi yazıb.

 

 

Gununsesi.org