Paşinyan geri çəkilmək, istefa vermək fikrində deyil – Ölkədə gərginlik artır

  • By admin
  • 22 Dekabr 2020 11:37
Ermənistan baş naziri Nikol Paşinyan ölkədəki siyasi gərginliyi şərh edib.
Gununsesi.org xəbər verir ki, Paşinyan sosial şəbəkə hesabında paylaşdığı statusda istefa vermək fikrində olmadığını deyib.
Onun sözlərinə görə, 2018-ci ildə hakimiyyətdən mərhum olan qüvvələr “elit” inqilaba nail olmağa çalışır:
“Ölkədə mövcud siyasi durumun təsviri aşağıdakı kimidir:
– inqilab nəticəsində Ermənistanda hakimiyyətdən məhrum olanlar “elit” inqilaba nail olmağa çalışır. Təkcə siyasi “elit”lər, 2018-ci ildən əvvəl imtiyazları olan şəxslər də buna çalışır.
– 2018-ci ildə inqilabdan sonra hakimiyyətdə olmağın şərtlərini hiss edən insanlar isə bu statusu itirmək istəmir, xüsusilə də indi hakimiyyətin xarici təhlükəsizlik məsələlərinə diqqət yetirdiyi vəziyyətdən istifadə edən bəziləri aksiyalara qoşulmayan insanları işdən çıxaracaqları ilə hədələyir.
Deməli, əsl kontrast hakimiyyətlə müxalifət arasında deyil, 2018-ci ildə imtiyazlardan məhrum olan insanlardır. Yalnız bütün hallarda insanlar öz sözünü desə, “elitlər” heç nə edə bilməyəcək. Əlbəttə ki, insanların sözlərini demək şansını itirməsinin qarşısını almaq üçün hər şeyi edəcəyəm. Amma bu nöqtədə bizim üçün prioritet, Ermənistan və “Artsax”ın təhlükəsizliyidir…”.

Gununsesi.org