Paşinyan Gorusa helikopter ilə getməyə məcbur oldu

  • By admin
  • 21 Dekabr 2020 13:03

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Sünik vilayətinin Goris şəhərinə helikopter ilə getməyə məcbur olub.

Gununsesi.org xəbər verir ki, bu barədə məlumat yerli KİV yayıb.

Qeyd edək ki, Sünik vilayətinin sakinləri N.Paşinyanı bölgəyə buraxmamaq üçün yolu bağlayıblar. Sakinləri etirazlara səsləyən bölgənin Gorus şəhərinin meri Aruş Aruşanyan artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ona qarşı cinayət işlərinin açıldığı bildirilib.

Gununsesi.org