Paşinyan Gürcüstanın baş naziri vasitəsi ilə mənə dialoq təklif edib - Ərdoğan

  • By admin
  • 19 Sentyabr 2021 19:06

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan mətbuat konfransında Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı suala cavab verib.
Gununsesi.info bildirir ki, Ərdoğan Paşinyanın Gürcüstan baş naziri vasitəsi ilə ona görüşmək və dialoq təklif etdiyini deyib:

“Tayyib Ərdoğanla görüşməyi arzu edirsənsə, müəyyən addımlar atmalısan. Görüşlərə qapalı deyilik. Ancaq müsbət bir yanaşma göstərib bəlli addımlar atılmalıdır. Gürcüstanın Baş naziri Paşinyanın dialoq təklifini mənə çatdırıb. Əgər bu mövzuda səmimidirsə, mən də səmimiyyətimi ortaya qoyaram və diplomatiyanı buradan başladarıq. İnşallah, Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik dəhlizlərin açılması ilə aradan qalxar”.

Gununsesi.info