“Paşinyan hakimiyyətini qoruyacaq, belə davam edərsə…” – Tofiq Zülfüqarov

  • By admin
  • 27 Mart 2021 20:04

Ermənistanda nəzərdə tutulan növbədənkənar parlament seçkilərində indiki Baş nazir Nikol Paşinyan hakimiyyətini qoruyub saxlayacaq. Ehtimal edirəm ki, Ermənistanda Qərb istiqamətli şüarlar güclənəcək. Qərbyönümlü siyasət özünü daha güclü şəkildə büruzə verəcək. Rusiya və Ermənistan bir-birindən uzaqlaşacaq.

Gununsesi.info xəbər verir ki, bunu teleqraf.com-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanda iyunun 20-də keçiriləcək seçkilər və bunun Ermənistana təsirləri haqqında danışarkən deyib.

HTML tutorial

Tofiq Zülfüqarov qeyd edib ki, Ermənistanda bu proseslərin əsasları mövcud olan kimi ortaya çıxır:

“Biz gördük ki, “Qarabağ klanı”nın hakimiyyətə qayıdışı boş bir məsələ kimi ortaya çıxdı. Hesablamalar belədir ki, 17 müxalifət partiyasının birləşdiyi platforma növbədənkənar seçkilərdə 1 və ya 2 faiz səs ala bilər. Bu onu göstərir ki, Nikol Paşinyan müharibəni uduzsa da, ictimai rəy tərəfindən ciddi şəkildə dəstəkənir. Bu sözsüz ki, erməni müxalifətinin ciddi məğlubiyyəti deməkdir. Təxminən belə mənzərəni müşahidə edirik”.

Bununla belə sabiq diplomat qeyd edib ki, seçkilərə zaman azaldıqca daha dəqiq fikirlər və proqnozlar irəli sürmək mümkün olacaq.

Gununsesi.info