Paşinyan hakimiyyəti erməniləri zorla Xankəndinə qaytarır

  • By admin
  • 14 Noyabr 2020 13:40

Ermənistan hakimiyyəti Qarabağı tərk etmiş erməniləri müxtəlif təzyiqlərlə yenidən bölgəyə qaytarır.

Gununsesi.info yerli mətbuata istinadən xəbər verir ki, Yerevan, Gümrü və s. şəhərlərə gələn Qarabağ erməniləri xüsusi avtobuslara mindirilərək yenidən Xankəndinə, Ağdərəyə və Xocavəndə qaytarılır.

Bölgəyə dönmək istəməyən sakinlərə sosial yardımı kəsilməsi, qeydiyyat problemləri və s. təhdidlər göstərilir.

Xatırladaq ki, Xankəndində Qarabağ döyüşlərinə qədər yaşayan 50 min sakindən 48 mini şəhəri tərk edərək Ermənistana getmişdi.

Gununsesi.info