Paşinyan hamını satdı - Rusiya Dövlət Dumasının deputatı

  • By ilhame
  • 23 Fevral 2024 20:39

“Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın KTMT-də iştirakını dondurmaqla həm ölkəsinə, həm də Rusiyaya xəyanət etdi”.

 

Bu sözləri Rusiya Dövlət Dumasının deputatı Viktor Sobolev NEWS.ru-ya müsahibəsində deyib.

 

Parlamentari qeyd edib ki, Paşinyan Qarabağ hadisələrinin məsuliyyətini Rusiyanın üzərinə atmağa çalışır.

 

“Nikol Paşinyan hər şeyə və hər kəsə, o cümlədən öz ölkəsinə, öz xalqına xəyanət etmiş bir adamdır. Paşinyan hamını satdı. Düşünürəm ki, onu tezliklə aradan qaldıracaqlar, burda başqa daha nə demək olar. O özü Qarabağa xəyanət edib, indi bütün məsuliyyəti Rusiyanın üzərinə atır. Rusiya o zaman Ermənistanın köməyinə gəldi”, – deyə Sobolev əlavə edib.

 

Xatırladaq ki, Nikol Paşinyan bir müddət əvvəl Ermənistanın KTMT-də iştirakının hazırda dondurulduğu barədə bəyanat verib.

 

Eyni zamanda siyasətçi əlavə edib ki, Ermənistanda Rusiya hərbi bazasının saxlanması məsələsi də gündəmdə deyil.

Gununsesi.info