Paşinyan: ‘Heç kəsə dəhliz verən deyilik’

  • By admin
  • 14 Sentyabr 2022 13:01

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 13-də parlamentdə çıxışında Azərbaycanla sərhəddə son gərginliyin səbəblərindən, sülh danışıqlarını necə görməsindən danışıb.

Gununsesi.info xəbər verir ki, Paşinyan Azərbaycanın  Ermənistanın irimiqyaslı provokasiyasına cavab verməsilə bağlı bəyanatlarını təkzib edib.

Onun sözlərinə görə, vəziyyət ilk öncə Qarabağ məsələsi üzrə danışıqlar prosesilə əlaqədardır. Baş nazir Azərbaycanın sülh sazişinə dair beş prinsipini yada salıb, Ermənistanın bu prinsipləri qəbul edərək öz təkliflərini verdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan Ermənistandan fərqli olaraq Yerevanın təkliflərini qətiyyətlə rədd edib, Qarabağ məsələsinin bağlandığını deyib.

“Onlar Ermənistanla Qarabağ məsələsini müzakirə etmək istəmirlər, çünki mövqeləri belədir ki, Qarabağ məsələsi həll olunub, yaxud Azərbaycanı daxili məsələsidir”.

 

Sentyabrın 13-nə keçən gecə toqquşmalarda Azərbaycan tərəfdən 50, Ermənistandan 49 hərbçi həl

Paşinyanın sözlərinə görə, Ermənistan Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımaqla bağlı təklifini də qəbuledilən sayır:

“Ancaq Azərbaycan 2021-ci ilin may hadisələri və birinci Qarabağ müharibəsi vaxtı tutulmuş ərazilərin Ermənistanın ərazi bütövlüyünə daxil olub-olmadığını dəqiqləşdirmir. Bunun əvəzində Azərbaycan gözləyir ki, Ermənistan Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanısın”.

Paşinyan deyir ki, Ermənistan nəzəri baxımdan bu şərtlərə razılaşsa belə, Azərbaycanın ərazi iddialarının nə qədər uzağa gedəcəyi aydın deyil.

“Bəzən Nrnadzordan başlayır, Zəngəzur, yaxud Sünik vilayətləri ilə davam edir, Ermənistanın paytaxtı Yerevanla bitirirlər. Qeyd edim ki, bu yalnız müsahibə, yaxud bəyanatlar olsaydı, bu haqda danışmamaq olardı. Ancaq bu, Azərbaycanın davamlı siyasətidir”.

Paşinyanın sözlərinə görə, sərhəddə gərginliyin başqa bir səbəbi Azərbaycanın Ermənistan ərazisindən dəhliz tələb etməsidir.

“Ermənistan ərazisindən heç kəsə dəhliz verən deyilik. Ancaq Ermənistan Respublikası ərazisindən yolların açılmasını qəbul edirik, hətta bunda maraqlıyıq”.

Qeyd edək ki, Azərbaycan Sünik vasitəsilə Naxçıvan eksklavına magistral yol və dəmiryolu əlaqəsi əldə etmək istəyir. Bu, Qarabağda atəşkəslə bağlı 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulub. Bakı həmin yola “Zəngəzur dəhlizi” deyir, Yerevansa daha öncəki bəyanatlarda da ərazisindən keçəcək yollar üzərində suverenliyini saxlayacağını bildirib.

 

Azərbaycan 44 günlük müharibəylə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Ötən ilin may hadisələri vaxtı isə ölkə rəhbərliyi silahlı qüvvələrinin mövqelərini dəqiqləşdirdiyini açıqlayıb.

Azərbaycanda isə əksər müşahidəçilər hesab edir ki, Avropa İttifaqının təşəbbüsü ilə sülh razılaşmasına yönəlik addımları Rusiya pozub.

Ekspertlərin fikrincə, Putun tərəflər arasında danışıqların pozulması üçün Ermənistan tərəfini təxribata vadar edib.

 

Afət Abbasova

Gununsesi.info