Rusiyanın regionda təklif etdiyi 3+3 əməkdaşlıq formatı (Rusiya, Türkiyə, İran və Cənubi Qafqazın 3 ölkəsi, Azərbaycan, Gürcüstan, Ermənistan) alınmır.
Gürcüstan hökuməti rəsmən imtina edib, indi də Ermənistan ipə-sapa yatmır.
Formatın məğzi regionda maraqların uzlaşdırılması və Qərbi Cənubi Qafqaza buraxmamaqdır. Hər üç ölkə buna razıdır, amma regionun kiçik ölkələrinin Qərbə inteqrasiya kursu, ABŞ və Avropa ittifaqının bölgədə fəalaşması, Ukrayna müharibəsinin sonucu etibarı ilə Rusiyanın buradan qovulması planları buna mane olur.
Azərbaycan 3+3 formatı ciddi şəkildə dəstəkləyir və təbliğ edir.
Ermənistan ram edilərsə, Gürcüstanın prosesə qoşulması mümkündür, çünki ayrıca olaraq Azərbaycan-Türkiyə-Gürcüstan formatı da var.
Paşinyan hökumətinin Moskvaya savaş açmasının arxasında Qərbin 3+3 formatına qarşı mübarizəsi dayanır.
Vaşinqton və Brüssel münaqişələri həll edib regionun bütöv şəkildə inteqrasiyasına çalışırlar. Post-Putin dövrünə qədər bu siyasətin alt yapısı hazır olmalıdır.
Regionda hazırki gərginliyin əsas səbəbi Cənubi Qafqaz uğurunda geosiyasi mübarizədir.
Azərbaycan burada Türkiyə ilə birlikdə hərəkət edir…
Elçin
Gununsesi.info