Paşinyan ictimai rəyi aldadır - AZAY QULİYEV

  • By admin
  • 13 May 2018 18:54

“Ermənistanın baş naziri Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı çıxışları hazırda mövcud olan real vəziyyəti əks etdirmir və ictimai rəyi aldatmağa yönəlib”.

Gununsesi.info bildirir ki, bunu tvitter hesabında millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qeyd edib. O, bəyan edib ki, regionun və ölkəsinin təhlükəsizliyi üçün Paşinyan bu cür boş və mənasız ritorikadan çəkinməlidir.