Ermənistanda Yeni el gecəsi qalmaqal yaşanıb.
Gununsesi.info modern.az-a istinadən xəbər verir ki, ölkənin İctimai Televiziyası bütün ermənilərin katolikosu II Qareginin Yeni il müraciətini yayımlamaqdan imtina edib.
Müstəqil Ermənistan tarixində ilk dəfə olaraq respublikanın hakimiyyət orqanları bütün ermənilərin katolikosunun Yeni il müraciətinin ölkənin İctimai Televiziyasında yayımlanmasının qarşısını alıb.
“Təəssüf ki, bu Yeni il gecəsində xoşagəlməz hadisə ilə üzləşməli olduq. Müstəqillik tarixi boyu, I Vazgenin dövründən bəri, Yeni il ərəfəsində katalikosun müraciəti ənənəvi olaraq ölkə başçısının müraciətindən əvvəl İctimai Televiziyada yayımlanırdı. Bu il son anda İctimai Televiziya heç bir səbəb göstərmədən bütün ermənilərin katolikosu II Qareginin Yeni il müraciətinin ənənəvi olaraq qəbul edildiyi kimi gecə yarısından əvvəl yayımlanmayacağını elan etdi”, – deyə katalikosluğun mətbuat xidməti bildirib.
İctimai Televiziya katolikosun Yeni il müraciətini ayrıca deyil, “Xəbərlər”in axşam buraxılışında yayımlamağı təklif edib.
Bu təklif Eçmiəzdin kilsəsi tərəfindən yersiz hesab olunub və rədd edilib.
Ermənistanın bəzi KİV-ləri bu qərarı Erməni Apostol Kilsəsinə qarşı təhqir kimi qiymətləndiriblər.
Müxalifət isə iqtidardan bütün ermənilərin katolikosu II Qareginlə bağlı bu addıma görə açıqlama və izahat tələb edib.
Gununsesi.info