Paşinyan indi də gözünü Ukraynaya dikib

Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən növbəti görüşündə tərəflər sülh sazişi layihəsinin hazırlanması ilə bağlı razılığa gəlsələr də, İrəvanın üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi sual altındadır. Bundan öncəki görüşlərin nəticəsi göstərir ki, Ermənistan hakimiyyəti vədlərini yerinə yetirməyərək, regionda sülhün təmin olunmasını mümkün qədər yubandırmağa çalışır.

Bu dəfə necə olacaq, rəsmi İrəvan sülh öhdəliyinə əməl edəcəkmi?

HTML tutorial

Bu barədə Modern.az-adanışan deputatAzərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, Azərbaycan təcili sülhün əldə olunmasına tərəfdardır. Bu baxımdan Brüsseldə keçirilən görüşün nəticəsini müsbət hesab etmək olar. Lakin Ermənistan tərəfinin sülh istəməsi şübhə doğurur:

“Ermənistanın sülh istəmədiyi aydındır. Onlar hər dəfə hansısa problemlər yaradıb, razılıqlardan qaçırlar. Ermənistan sülh yox, problem və bəla istəyir. Onların arxasında duran qüvvələr də daim gərginlik olmasını arzu edir”.

A.Mollazadənin sözlərinə görə, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dönəm göstərdi ki, ermənilər yalnız “Dəmir yumruq” gördükdə Azərbaycanın tələbləri ilə razılaşır, əks halda sülhü əngəlləmək istəyirlər. Belə ki, Ermənistan bu dəfə gözünü Ukrayna müharibəsinə dikərək, qalibin kim olmasını gözləyir. Səbəb yeni sahiblərinin kimliyini müəyyən etməkdir. Hazırda baş nazir Nikol Paşinyan Qərblə Rusiya arasında seçim qarşısında qalıb.

“Ermənilər Brüsseldə keçirilən görüşlərdə nəyəsə razılaşırlar. Lakin sonra Moskvaya gedib, oradan başqa əmr alıb, başqa oyun oynayırlar. Ermənistan hazırda gözləyir ki, Ukrayna müharibəsi nə ilə nəticələnəcək. Gözləyirlər ki, bununla öz sahiblərini müəyyənləşdirib, həmin tərəfə getsinlər. Birmənalı olaraq, mən düşünürəm ki, onlar “Dəmir yumruq” görməyincə  hərəkət etməyəcək”,- deyə deputat vurğulayıb.

Xatırladaq ki, avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə üçtərəfli formatda keçirilən Brüssel görüşündə Azərbaycanın təklif etdiyi 5 təməl prinsip əsasında Ermənistanla sülh sazişi layihəsinin hazırlanması və sentyabrda hər iki ölkənin xarici işlər nazirlərinin görüşərək ilkin mətn üzərində müzakirələrin təşkili barədə razılıq əldə edilib.

Gununsesi.info