Paşinyan İrana səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın zamanda İrana rəsmi səfər edəcək.

Gununsesi.info  Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Paşinyan İrəvanda keçirilən brifinqdə bildirib.

“Bununla bağlı danışıqlar aparılır. Konkret tarix yoxdur”, – Paşinyan qeyd edib.

Daha əvvəl İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bildirib ki, Paşinyanın Tehrana səfəri zamanı iki ölkə arasında strateji əməkdaşlıq haqqında hərtərəfli sənəd imzalanacaq.

Gununsesi.info