Paşinyan islahatı KREDİT-lə aparır: Milyonlarla avro...

  • By admin
  • 13 İyun 2022 11:08

“Nikol Paşinyan nazirliklərin və digər dövlət strukturlarının işində islahatların aparılması üçün yeni kredit götürmək niyyətindədir. Amma sabiq müxalifətçi Nikol Paşinyanın özü keçmiş hakimiyyəti bu cür kreditlər götürdüyünə görə kəskin tənqid edirdi”.

Gununsesi.info xəbər verir ki, bunu erməni siyasətçi Hayk Davtyan deyib.

Erməni siyasətçi bildirib ki, bunun üçün Ermənistan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında 26 milyon 500 min avro məbləğində kredit müqaviləsi də imzalanıb:

“Kredit dövlət qulluğu sistemində dəyişiklikləri, xüsusən yeni xidmətin, yüksək vəzifəli icra hakimiyyəti korpusunun tətbiqini nəzərdə tutur. Amma kreditin konktet hansı sahələr üzrə təyinatı açıqlanmır. Paşinyan unudur ki, yeni kredit müqaviləsinin imzalanması dövlət büdcəsi üçün yeni öhdəlik nəzərdə tutur. Paşinyandan soruşmaq lazımdır ki, nə qədər kredit götürüb udmaq olar?! O vaxt Paşinyan inanmırdı ki, kredit götürməklə ölkəni yaxşı idarə etmək olar. İndi özü buna gedir. Paşinyan indi faktiki olaraq o, əmindir ki, kreditsiz dövlət idarəçiliyinin keyfiyyətini yüksəltmək mümkün deyil”.

Gununsesi.info