“Paşinyan istefa vermək niyyətində deyil” - KİV

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən axşam İrəvandakı etiraz aksiyaları fonunda yaxın əhatəsini toplayaraq

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Məlumata görə, Paşinyan gecəboyu sözügedən şəxslərlə danışıqlar aparıb: “Paşinyan öz komandasına birbaşa olmasa da, bildirib ki, heç bir şərtlər daxilində istefa verməyəcək”.

Eyni zamanda bildirilir ki, Paşinyan öz ailəsini şəhərdən kənara, bağ evinə göndərib.

Xatırladaq ki, son bir neçə gündür İrəvanda hökumət əleyhinə etiraz aksiyaları keçirilir. Aksiya iştirakçıları əsas olaraq N. Paşinyanın istefasını tələb edirlər.

 

Gununsesi.info