Ermənistanın baş naziri Paşinyan Azərbaycanın Qarabağ əməliyyatından sonra istefası tələbi ilə keçirilən etirazlara cavab verib.
Gununsesi.info xəbər verir ki, Paşinyan istefa verməyə hazır olduğunu, lakin bunun problemləri həll etmək əvəzinə daha da pisləşdirəcəyini bəyan edib.
Paşinyan bildirib ki, əgər bu, ölkənin üzləşdiyi çətinliklərin öhdəsindən gəlməyə kömək edəcəksə, istefa verməyə hazırdır, lakin o, istefanın əksinə nəticələnəcəyinə inanır.
“Ermənistan çağırışlarla üzləşib və üzləşməkdə davam edir. İstefa və getməyimlə bütün çətinliklərin öhdəsindən gələcəyini bilsəydim, bunu düşünmədən edərdim, çünki sizin kimi kresloda ilişib qalmazdım”, – deyə o bildirib.
Paşinyan istefa verməməsinin səbəbini açıqlayıb və vurğulayıb ki, apardığı təhlillər onun istefa verəcəyi təqdirdə bunun əksinin olacağını göstərib. Ermənistanın baş naziri sözügedən sessiyada onu da xatırladıb ki, o, hakimiyyətə gəldikdən sonra iki dəfə istefa verib və iki dəfə yenidən seçilib.