Paşinyan Köçəryanın yaxın dostunu, Azərbaycanın düşmənini “Persona-non Grata” elan etdi

  • By admin
  • 25 Oktyabr 2022 14:49

Ermənistan hakimiyyəti rusiyalı deputat Konstantin Zatulini arzuolunmaz şəxs elan edib. Bu barədə oktyabrın 25-də “Haykakan Jamanak” qəzeti yazıb.

Qeyd edək ki, vaxtilə qəzetə baş nazir Nikol Paşinyan rəhbərlik edib.

Qəzetin məlumatında deyilir ki, Zatulin öz müsahibələrində dəfələrlə İkinci Qarabağ Müharibəsində məğlubiyyətə görə Ermənistan hökumətini günahlandırıb.

Üstəlik, Zatulin Ermənistanın daxili siyasi həyatına müdaxilə edərək dəfələrlə deyib ki, Nikol Paşinyan getməlidir. Zatulin hətta Ermənistan hakimiyyətini Ermənistan-Rusiya münasibətlərinə xələl gətirməkdə ittiham edib.

Zatulin Ermənistana son səfəri zamanı Paşinyanı Azərbaycana Ermənistanın suveren ərazisi vasitəsilə dəhliz verməkdə ittiham edib.

Qeyd edək ki, Zatulin Robert Köçəryanın dostu, Azərbaycan və Türkiyənin qatı düşmənidir. Məhz Zatulin Rusiya Dövlət Dumasında “1915-ci ildə erməni soyqırımı”nın tanınması haqqında sənədin qəbul edilməsi təşəbbüsü ilə çıxış edib.

O həmçinin Ermənistanın Rusiya siyasi elitasından olan tərəfdarlarının birləşdiyi “Lazarev Klubu” nun yaradılmasına təşəbbüs göstərib.

Qeyd edək ki, Zatulin Ermənistanın sabiq prezidenti Robert Köçəryanın yaxın dostu kimi tanınır.

Gununsesi.info